İran Silahlı Qüvvələri gücləndirilmiş döyüş hazırlığı vəziyyətinə keçirilib. Bu barədə SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) baş komandanının müşaviri, briqada generalı Murtəza Qorbani açıqlama verib.
Onun sözlərinə görə, İran ordusu və SEPAH ABŞ və ya İsrail tərəfindən ola biləcək istənilən təhdidə cavab verməyə tam hazırdır. General bildirib ki, ümumilikdə 400 hərbi bölmə verilən əmri dərhal icra etməyə hazır vəziyyətdədir.
“Qürurla deyirəm ki, ordu, SEPAH və polis qüvvələri tam hazırlıqlıdır”, – deyə Murtəza Qorbani vurğulayıb.
Xatırladaq ki, ötən ilin sonlarından etibarən İranda kütləvi etirazlar davam edir. Bəzi hallarda bu aksiyalar təhlükəsizlik qüvvələri ilə toqquşmalara çevrilib. ABŞ isə bəyan edib ki, etirazlar zamanı dinc əhali arasında ölənlər olacağı təqdirdə, İrana qarşı zərbə ehtimalını istisna etmir.