AZ

Tramp niyə məhz Rodrigesi prezident seçdi? Sensasion faktlar

ain.az bildirir, GlobalInfo portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp, Nikolas Maduronun əvəzinə Venesuela prezidenti postuna Delsi Rodrigesin namizədliyini dəstəkləməyə razılaşıb.

Globalinfo.az xəbər verir ki, Bloomberg-in mənbələrə istinadla verdiyi məlumata görə, bu qərarın səbəbi Rodrigesin neft sektorunun inkişafındakı təcrübəsidir.

Agentliyin məlumatına görə, keçmiş neft naziri və vitse-prezident olan Rodriges beynəlxalq sanksiyalar və iqtisadi təzyiqlər fonunda Venesuelanın neft sənayesini uğurla idarə edib. ABŞ–Venesuela münasibətlərində gərginlik artdıqca, neft sektoru nümayəndələri onun namizədliyini irəli sürməyə başlayıblar.

Bloomberg yazır ki, sənaye üzrə ekspertlər və lobbiçilər Rodrigesi ölkənin neft iqtisadiyyatının bərpası və iri xarici şirkətlərin geri qaytarılması üçün ən uyğun namizəd hesab ediblər. Trampın yaxın ətrafı da eyni qənaətə gəlib. Baxmayaraq ki, bu qruplar bir-birindən asılı olmayaraq fəaliyyət göstəriblər.

Mənbələrin sözlərinə görə, Rodrigesi dəstəkləyənlər arasında aparıcı Amerika neft şirkətləri olmayıb. Bununla belə, Venesuelada uzun illər fəaliyyət göstərən daha geniş Amerika və beynəlxalq şirkətlər dairəsi mövcuddur və onların əksəriyyəti Ağ Ev və Konqresdə əlaqələrə malikdir.

Bloomberg-in versiyasına görə, Rodrigesin təyin olunması təkcə neft sektoruna dəstək vermək üçün deyil, həm də keçid dövrünün uğurlu baş tutmasını təmin etmək məqsədi daşıyır. Agentlik qeyd edir ki, Rodrigesin hökumətdə qalan sosialist qüvvələrlə uzunillik əlaqələri var.

The Wall Street Journal-ın yazdığına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi də prezident Nikolas Maduronun yaxın çevrəsinin Venesuelada keçid hökumətinə rəhbərlik etmək üçün ən uyğun şəxslər olduğu qənaətindədir. Trampa təqdim olunan hesabatda kəşfiyyat Rodrigesin ölkədə qayda-qanunu qoruyub saxlaya biləcəyini vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
60
globalinfo.az

1Mənbələr