Bakı. Trend:
Arxa görüntü kamerası ilə bağlı yaranan problemlərə görəAlmaniyanın avtomobil istehsalçıları "Porsche" və onun ana şirkəti"Volkswagen" ABŞ-də ümumilikdə yarım milyondan çox avtomobili geriçağırıb.
Trend xəbərverir ki, bu barədə ABŞ-nin Milli Avtomobil Yolları TəhlükəsizliyiAdministrasiyası (NHTSA) məlumat yayıb.
NHTSA-nın məlumatına görə, Volkswagen Group of America (Audimarkası da daxil olmaqla) proqram təminatındakı nasazlıq səbəbindənABŞ-da 356 649 avtomobili geri çağırır. Sözügedən nasazlıq arxagörüntü kamerasının görüntüsünün düzgün əks olunmamasına səbəb olabilər.
"Volkswagen"-in ABŞ bazarında illik satışları 2024-cü ildətəxminən 380 min, 2023-cü ildə isə 330 min ədəd təşkil edib.
Şirkət məsələ ilə bağlı açıqlama verməyib.
Geri çağırma qərarı ötən həftə "Volkswagen"-in lüks brendi"Porsche"-nin də oxşar problemə görə ABŞ-da 173 538 avtomobili geriçağıracağını elan etməsindən sonra verilib. Bu, "Porsche Cars NorthAmerica" tərəfindən son illərdə həyata keçirilən ən iritəhlükəsizlik geri çağırmalarından biri hesab olunur.
Qeyd edək ki, ötən il NHTSA "Hyundai", "Ford", "Toyota" və"Chrysler" markalarına məxsus avtomobilləri də qəza riskini artıranoxşar arxa görüntü kamerası problemlərinə görə geri çağırmışdı.
NHTSA-nın bildirdiyinə görə, "Volkswagen"-in geri çağırmakampaniyası 2019–2026-cı il istehsalı olan bəzi modelləri əhatəedir və dilerlər proqram təminatını pulsuz yeniləyəcəklər.