AZ

Dumanlı hava şəraiti ilə bağlı piyadalar və sürücülərə DYP-dən XƏBƏRDARLIQ

Hazırda ölkə ərazisinin bəzi hissələrində müşahidə olunan dumanlı hava şəraiti görünüş məsafəsini kəskin şəkildə azaldır və yol-nəqliyyat hadisələri riskini artırır. Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Məlumatda bildirilir ki, bu şəraitdə həm sürücülərin, həm də piyadaların diqqətli və məsuliyyətli davranışı həyati əhəmiyyət daşıyır.

Sürücülərə tövsiyə olunur:
•    Hərəkətə başlamazdan əvvəl duman faralarının və əsas işıqlandırma sistemlərinin sazlığını yoxlayın;
•    Sürət həddini görünüş məsafəsinə uyğun seçin, qəfil manevrlərdən və ötmələrdən çəkinin;
•    Öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz məsafəni qoruyun;
    •    Zərurət olmadıqca dumanlı hava şəraitində səfərləri təxirə salın;
    •    Dayanma və ya qəza zamanı qəza işıqlarından və xəbərdaredici nişanlardan istifadə edin.

Piyadalara tövsiyə olunur:
    •    Yolu yalnız müəyyən olunmuş piyada keçidlərindən keçin;
    •    Qaranlıq və dumanlı hava şəraitində açıq və ya işıqəks etdirən geyimlərə üstünlük verin;
    •    Yolun hərəkət hissəsinə qəfil çıxmaqdan çəkinin;
    •    Unutmayın ki, dumanlı havada sürücünün sizi vaxtında görməsi çətinləşir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını diqqətli olmağa çağırır:
Bir anlıq ehtiyatsızlıq geri dönüşü olmayan nəticələrə səbəb ola bilər. Təhlükəsiz yol – birgə məsuliyyətdir.

Seçilən
59
21
avtosfer.az

10Mənbələr