Əməkhaqlarında artımlar gözlənilir.
Xezerxeber.az-ın məlumatına görə, dövlət büdcəsində sosial xərclərin artırılması fonunda bu il bir sıra sahələrdə çalışanların maaşlarının artırılması planlaşdırılır. Mütəxəssislərin fikrincə, artımlar təkcə dövlət sektorunu deyil, pensiya və sosial müavinətləri də əhatə edəcək.
2026-cı ildə isə sosial təminat tədbirləri prioritet istiqamət olaraq qalacaq.
Dövlət büdcəsində sosial xərclərin artırılması ilə vətəndaşların da rifahının yaxşılaşdırılması üçün addımlar atılacaq. Qiymətləndiricilər cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, xidmət sahələrində də əməkhaqqı artımı gözlənilir. Özəl sektorda maaş artımı isə həmin şirkət və ya sahibkarların özləri tərəfindən həyata keçiriləcək.
Mütəxəssis deyir ki, ilk növbədə, minimum əməkhaqqı artmalıdır. Hazırda 400 manat olan məbləğ 675-680 manat aralığında olarsa, bu zaman mailiyyə fəaliyyəti şəffalaşmış olar, həm də vətəndaşlar rəsmi şəkildə əməkhaqlarını daha yüksək məbləğdə ala bilərlər.
Qeyd edək ki, 2026-cı ildə dövlət büdcəsindən sosial istiqamətə 17,1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu da büdcə xərclərinin 41 faizindən çox deməkdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.