Ruben Amorimə çatacaq təzminatın məbləği açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, müqaviləsinə vaxtından əvvəl xitam verilən “Mançester Yunayted”in sabiq baş məşqçisinin alacağı təzminatın məbləği açıqlanıb. Portuqaliyalı mütəxəssisə 10,05 milyon funt sterlinq məbləğində təzminat ödəniləcək.
2024-cü ilin noyabrından komandanı çalışdırmağa başlayan və bazar ertəsi istefaya göndərilən Amorimin müqaviləsinin müddəti gələn mövsümün sonuna qədər nəzərdə tutulmuşdu.
MY onun rəhbərliyi dövründə transferlərə təxminən 250 milyon funt xərcləyib. Komanda hazırda premyer-liqanın turnir cədvəlində 6-cı yeri tutur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta