AZ

Balkanlarda yağan güclü yağışlar daşqınlara səbəb olub


Balkan ölkələri olan Bosniya və Herseqovina, Serbiya, Albaniya, Kosovo, Xorvatiya və Monteneqroya yağan güclü yağışlar bölgədə daşqınlara səbəb olub.Bosniya və Herseqovinanın cənubunda yağan güclü yağışlar bir çox şəhərdə daşqınlara səbəb olub və sakinlərə torpaq sürüşməsi riski barədə xəbərdarlıq edilib.

Herseqovina-Neretva Kantonunun Mülki Müdafiə Departamentinin açıqlamasında güclü yağışların səbəb olduğu çay səviyyəsinin artması səbəbindən nəqliyyatın hərəkətində fasilələr yarandığı və yağışların yaxın günlərdə də davam edəcəyi gözlənilir.Bosniya və Herseqovinanın cənubundakı bəzi şəhərlərdə elektrik kəsintiləri baş versə də, paytaxt Sarayevoda güclü qar yağması nəticəsində çaylarda suyun səviyyəsinin yüksəldiyi bildirilir.

Həmçinin Sarayevoda bir nəfərin ağacın yıxılması nəticəsində öldüyü bildirilib.

Serbiyada bir neçə şəhərdə fövqəladə vəziyyət elan edilib.

Serbiya Meteorologiya İnstitutu yağışın sabah da davam edəcəyini və Serbiyanın şərqi və cənub-şərqi üçün "qırmızı" xəbərdarlıq elan edildiyini bildirib.

aia.az
Tərcümə şöbəsi



Seçilən
40
aia.az

1Mənbələr