AZ

ABŞ dan müjdə: Ukrayna üzrə sülh sazişi artıq yaxındadır

Sherg.az saytına istinadən ain.az xəbər verir.

Rusiya ilə Ukrayna arasında silahlı münaqişənin başa çatdırılmasına dair sülh sazişi, ehtimal ki, artıq “astanadadır”.

Sherg.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO yanında daimi nümayəndəsi Metyu Uitaker "Fox News" telekanalının efirində bəyan edib.

Diplomatın sözlərinə görə, hazırda bir neçə razılaşmanın yekunlaşdırılması gözlənilir. “Gözlənilən əsas məsələ bir neçə sazişin son razılaşdırılmasıdır. Birincisi, tərkibinə NATO-ya üzv olanlar da daxil olmaqla, təxminən 50 müttəfiq ölkənin qatıldığı "istəkli ölkələr koalisiyası"dır. Bu koalisiya Ukrayna üçün müəyyən təhlükəsizlik çərçivələri üzərində razılığa gəlməyi planlaşdırır”, - deyə Uitaker bildirib.

Uitaker həmçinin ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi ilə bağlı əməliyyata da münasibət bildirib. O, bu addımı ABŞ-ın qarşısınıalma strategiyasının tərkib hissəsi adlandıraraq, baş verənlərin Vaşinqtonun bütün rəqiblərinə açıq mesaj göndərdiyini vurğulayıb.

“Bu hadisə onu göstərir ki, ABŞ Prezidenti "qırmızı xətt"dən danışanda, biz bu xəttin təmin olunmasını öz gücümüzlə reallaşdırmağa hazırıq”, - deyə diplomat fikrini yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
sherg.az

1Mənbələr