AZ

Tramp: Hindistan Rusiyadanneft alışını əhəmiyyətli dərəcədə azaldıb

ABŞ Prezidenti Donald Tramp Hindistanın Rusiya neftinin alışını əhəmiyyətli dərəcədə azaltdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə respublikaçı konqresmenlərlə görüş zamanı deyib.

"Bloomberg"in məlumatına görə, dekabrda Hindistan Rusiyadan neft tədarükünü 2022-ci ildən bəri ən aşağı səviyyəyə endirib. Hindistan Rusiyadan gündəlik 1,1 milyon barel neft alıb. Dekabrın ikinci həftəsində tədarük gündəlik 712.000 barelə düşüb.

Hindistan 2022-ci ildən bəri Rusiyanın ən böyük neft alıcılarından biridir. Ötən ilin avqustunda ABŞ Rusiyadan enerji idxalına görə Dehliyə əlavə 25% tarif tətbiq edib. Kreml Vaşinqtonun təzyiqi altında Yeni Dehlinin tədarükü azaltdığını etiraf edib. Lakin tədarükün tamamilə dayandırılması planının olmadığı açıqlanıb.

Seçilən
78
teleqraf.com

1Mənbələr