AZ

İsrail və Suriya təhlükəsizlik sazişi üzrə danışıqları sürətləndirmək barədə razılığa gəliblər

BAKI, 6 yanvar. TELEQRAF

ABŞ-nin rəhbərliyi ilə Parisdə keçirilən İsrail-Suriya danışıqlarının sonuncu mərhələsində İsrail və Suriya təhlükəsizlik razılaşmasına nail olmaq üçün addımlar atmaq barədə razılığa gəliblər.

Teleqraf xəbər verir ki, İsrail mənbələrinə istinadən N12 telekanalı məlumat yayıb:

"Hər iki ölkənin nümayəndələri təhlükəsizlik razılaşmasına nail olmaq məqsədi ilə danışıqların tempini sürətləndirmək, müzakirələri intensivləşdirmək və etimad yaratmaq üçün addımlar atmaq barədə razılığa gəliblər".

Seçilən
66
1
teleqraf.com

2Mənbələr