AZ

Orqanlarını bağışlayanların sayı artırVİDEO

Ötən il ölümündən sonra orqanlarını bağışlamaq üçün müraciət edənlərin sayında ciddi artım olub. Bu da transplantasiyaların çox olması ilə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, 2025-ci ildə ölkədə 350-ə yaxın orqan transplantasiyası həyata keçirilib. Əməliyyatların 50-dən çoxu uşaqlara, 300-ə yaxını isə böyüklərə aiddir. Sümük iliyi transplantasiyasına ehtiyacı olan şəxslərin sayı isə 550-ə yaxın olub. Bu sayı azaltmaq üçün isə bu il kök hüceyrə bankının fəaliyyət göstərməsi planlaşdırılır.

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirir ki, artımın əsas səbəblərindən biri meyitdən orqan köçürülməsi prosesinin həyata keçirilməsidir.

Yeganə Abbasova həkim reanimatoloqlara müraciət edərək bildirib ki, hansısa xəstəxanada beyin ölümü keçirən şəxs olarsa, bu barədə mərkəzə məlumat verilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
38
xezerxeber.az

1Mənbələr