ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp mətbuat nümayəndələrinə açıqlamasında Venesuela lideri Nikolas Maduronun onun özünəməxsus rəqsini təqlid etdiyini iddia edərək, ölkədə həyata keçirilən əməliyyatın “inanılmaz” olduğunu bildirib.
“Heç kim ABŞ-la bacara bilməz”, - deyən Tramp əlavə edib: “Mən bir kralam. Dünyanın ən böyük, ən ölümcül və ən qorxulu ordusuna sahibik”.
Sherg.az xəbər verir ki, Trampın açıqlamalarında daha sonra bunları deyib:
“O, vəhşi bir adamdır. Milyonlarla insanı öldürüb, insanlara işgəncə verib. Hazırda radikal solçular insanlara pul paylayır. Pullu şəkildə cəlb olunanların kim olduğunu dərhal anlayırsınız. Çox keyfiyyətli printerlərdə çap olunmuş "Maduroya azadlıq" plakatları ilə küçələrə çıxırlar.
Bizə də belə yaxşı plakatlar hazırlayanlar lazımdır. Kim edirsə, onu işə götürmək istəyirəm. Hazırda bu plakatları hazırlayan şəxsləri tapıb Respublikaçı Partiyaya cəlb etmək niyyətindəyəm.
ABŞ daha bir uğura imza atıb. Dünyanın ən qorxulan və ən güclü ordusuna sahibik. Bizimlə heç kim bacara bilməz. Heç kimin bizim silahlarımız kimi silahları yoxdur. Yeganə problem istehsalın sürətidir -əvvəllər 4–5 il gözləyirdik, indi daha sürətli olacağıq.
Mən kralam. Mənim qədər Boeing təyyarəsi satan olmayıb. Bütün satışlara baxın -heç kim mənim qədər sata bilməyib. F-35-lərin istehsalı da çox vaxt aparır. Hindistan 68 ədəd "Apache" helikopteri sifariş edib.”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.