AZ

Venesuelada Maduronun ələ keçirilməsi əməliyyatı barədə məlumatlı idilər- Tramp

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Karakasda Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsi ilə bağlı əməliyyatdan xəbərdar idilər.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, xarici KİV-in məlumatına görə, Tramp bunu Con Kennedi İncəsənət Mərkəzində respublikaçı konqresmenlərlə görüş zamanı deyib.

"ABŞ bir daha sübut etdi ki, planetin ən güclü və ən qüdrətli ordusuna malikdir", - Tramp bildirib.

O, Venesuelaya hücum zamanı çoxlu sayda amerikalı hərbçinin həlak olmasından təəssüf hissi keçirdiyini əlavə edib.

ABŞ lideri, həmçinin Maduronu "qəddar adam" adlandırıb.

Venesuela Prezidenti Nikolas Maduro yanvarın 5-də Nyu-York məhkəməsi qarşısına çıxarılıb. Məhkəmədə o, özünü günahsız elan edib və hələ də ölkəsinin prezidenti olduğunu bildirib. ABŞ məhkəməsi Venesuela konsulluq əməkdaşlarının onu ziyarət etməsinə razılıq verib. Hakim növbəti iclasın 17 martda keçiriləcəyini açıqlayıb.

Tramp yanvarın 3-də bəyan edib ki, ABŞ Venesuelaya uğurlu genişmiqyaslı zərbə endirib. O, Bolivar Respublikasının prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin tutulduğunu və ölkə ərazisindən çıxarıldığını qeyd edib.

Seçilən
42
6
missiya.az

7Mənbələr