AZ

2025-ci ilin yekunlarına dair BAMF-ın Himayəçilik şurasının iclası keçirilib (FOTO)

Bakı. Trend:

6 yanvar 2026-cı il tarixində Beynəlxalq Avrasiya MətbuatFondunun (BAMF) Himayəçilik Şurasının 2026-cı il üzrə ilk iclasıkeçirilib. İclasda Şura sədri Çingiz Abdullayev, üzvlər RəşadMəcid, Vaqif Bəhmənli, Əflatun Amaşov, BAMF-ın Prezidenti UmudMirzəyev, vitse prezident Oğuz Mirzəyev və prezidentin müşaviriMusa Mərcanlı iştirak ediblər.

İlk olaraq Himayəçilik Şurasının sədri Çingiz Abdullayev açılışnitqi ilə çıxış edərək iclas iştirakçılarını salamlayıb. Daha sonraillik hesabatın təqdimatı üçün sözü fondun prezidenti UmudMirzəyevə verib. Umud Mirzəyev isə öz növbəsində 2025-ci ilinəvvəlində qarşıya qoyulan hədəflər üzrə fəaliyyətlərin uğurla icraolunmasından söz açıb. Yekun hesabatı şura üzvlərinin diqqətinəçatdıran U. Mirzəyev əldə olunan nəticələrin BAMF-ın gələcək dövrüçün prioritetlərinin müəyyənləşdirilməsində möhkəm əsasyaratdığını xüsusi olaraq vurğulayıb. O, xüsusilə, BAMF-ınAzərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət DəstəyiAgentliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi iləolan uğurlu əməkdaşlıq modelini qeyd edib:

“QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə icra etdiyimiz silsiləlayihələr bu gün regional və beynəlxalq səviyyədə diqqətgörməkdədir. BMT-nin İnsan hüquqları şurası çərçivəsində keçirilənyan tədbir, şurada və digər beynəlxalq tədbirlərdə iştirak, ocümlədən yerli QHT-lərə dəstək xarakterli birgə layihələrin icrasıcari ildə uğurlu əməkdaşlıq modelinin əsas tərkib hissəsi oldu. Buil təsis edilən Qlobal Cənub QHT Platformasının formalaşmasındaiştirakımız, yerli konfranslar, brifinqlər, ictimai dinləmələr, ocümlədən, xarici və yerli vətəndaş cəmiyyəti nümayəndələri və mediaqurumları ilə qurulan əməkdaşlıqlar da xüsusilə qeyd olunmalıdır.BAMF-ın 25 ilə yaxındır ki, ANAMA-nın tapşırığı və dəstəyi iləfəaliyyət göstərən “İcma Mina Aksiyası” komandası da hesabatdövründə 2,058 hektar, ümumilikdə isə 2002-ci ildən indiyədək16,274 hektar ərazini mina və partlamamış hərbi sursatlardantəmizləmişdir. Hazırda, ölkədə aparılan mina təhlükəsi ilə mübarizəproqramında çalışan yeganə QHT olaraq ANAMA ilə olan əməkdaşlığıyüksək qiymətləndirir və xüsusi dəyər veririk”.

Umud Mirzəyev hesabatda diqqət çəkən digər vacib məqamlara datoxunub:

“BAMF-da ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi “AzadlığaDəstək Aktı”nın 907-ci düzəlişi ilə bağlı ətraflı tədqiqat işinitamamlayaraq 3 həftəlik təcrübə müddətini uğurla başa ABŞ-litədqiqatçı-tələbə Lilan Spriqzin (Lelin Spriggs) məqaləsini,BAMF-ın keçmiş əməkdaşı Nik Nvolisanın müəllifi olduğu, TEAS PressNəşriyyat Evi tərəfindən çap edilmiş “Mənim Qarabağa səfərim” adlıkitabın təqdimat mərasiminin keçirilməsi, o cümlədən, BAMF-ınHollandiyadakı nümayəndəsi Henri van Rens 5 ilə yaxın üzərindəçalışdığı və BAMF-ın da hazırlanmasına dəstək verdiyi “Qarabağınüzərində qara buludlar” kitabının ilkin variantı təsdiq edilməsi dəBAMF üçün əlamətdar hadisələrdən oldu”.

Daha sonra çıxış edən BAMF-ın Himayəçilik Şurasının sədri ÇingizAbdullayev təqdim olunan hesabatın zəngin və əhatəli olduğunu qeydedərək görülən işləri yüksək qiymətləndirib. Şura üzvləri də öznövbələrində Fondun fəaliyyətini təqdirəlayiq hesab etdiklərini,icra olunan layihələrin əhəmiyyətini vurğulayıblar.

Sonda BAMF-ın 2026-cı il üzrə fəaliyyət istiqamətlərinə uyğunqarşıya qoyulacaq hədəfləri və gələcək fəaliyyət planı müzakirəolunub.

2025-ci
2025-ci
2025-ci
2025-ci
2025-ci
Seçilən
75
1
az.trend.az

2Mənbələr