AZ

''Qalatasaray''a lazım olmayan futbolçu Braziliya klubuna lazım oldu

''Qalatasaray''ın mövsümün əvvəlində ''Vasku da Qama''ya icarəyə göndərdiyi Karlos Kuestadan xəbər var.

"Football-plus.az" xəbər verir ki, Braziliya klubunun rəhbərliyi kolumbiyalı müdafiəçinin performansından razıdı. Ona görə də bu klub bu futbolçunun icarə müddətini daha bir il artırmaq qərarına gəlib.

Klublar arasındakı anlaşmaya əsasən ''Vasku da Qama'' ötən yay 6 aylıq icarə üçün 750 min avro ödəmişdi. Braziliyalıların 1,5 milyon avroya Kuestanın icarə müddətini daha bir il artırmaq haqqı var idi. Onlar bu maddədən yararlanıblar.

Beləliklə, Kuesta ən azı bu ilin dekabrın 31-nə qədər Braziliyada qalacaq. ''Vasku da Qama'' artıq 1,5 milyon avronu ''Qalatasaray''ın hesabına köçürüb. Bu klub bu futbolçunu ilin sonunda daimi əsasda transfer etmək istəsə İstanbul nəhənginə daha 5,75 milyon avro ödəməli olacaq.

Xatırladaq ki, 26 yaşlı mərkəz müdafiəçisi ''Qalatasaray''a ötən mövsümün qışında 8 milyon avroya ''Genk''dən transfer olunmuşdu. Amma onun səviyyəsi Okan Buruku qane etməmişdi. Kuesta ''Vasku da Qama''da indiyə qədər 17 oyuna çıxaraq 1 qol vurub.

Seçilən
73
1
football-plus.az

2Mənbələr