Parisdə “İstəklilər Koalisiyası” liderlərinin görüşü başlayıb. Bu barədə Ukrayna mediası məlumat yayıb.
Toplantıda Ukraynanın təhlükəsizlik zəmanətləri və gələcəkdə mümkün atəşkəsdən sonra dəstək öhdəlikləri müzakirə olunur.
Görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski, Fransanın ev sahibliyi ilə 27-dən çox ölkənin başçıları, eləcə də ABŞ-ın xüsusi elçisi Stiven Uitkoff və onun kürəkəni Cared Kuşner iştirak edir.
Görüşün əsas gündəliyi atəşkəsin monitorinqi, Ukrayna Silahlı Qüvvələrinə davamlı dəstək və gələcəkdə bu cür razılaşmalarla bağlı bağlanacaq öhdəliklərin məzmununu formalaşdırmaqdır.