Vaşinqton, 6 yanvar, AZƏRTAC
ABŞ Nümayəndələr Palatasının üzvü, Respublikaçılar Partiyasının təmsilçisi, Duq LaMalfa 65 yaşında vəfat edib.
AZƏRTAC-ın məlumatına görə, o Şimali Kaliforniyada yerləşən birinci seçki dairəsini təmsil edib və Konqresin Qərb Fraksiyasının sədri olub.
Onun ölüm səbəbi açıqlanmayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton