Hücumçu axtarışlarını davam etdirən "İmişli"nin növbəti transfer hədəfi bizə məlum olub.
Aran təmsilçisi bu dəfə "Kəpəz"in forvardı Şahmar Aşurova üz tutub.
Premyer Liqanın debütantı 21 yaşlı oyunçunun xidmətində maraqlıdır.
Aşurovu istəyən aşağı liqa təmsilçiləri də var.
Gənc oyunçu bu səbəbdən qərar verməyə tələsmir.
Mövsümün əvvəli "Zirə"ni "Kəpəz"ə dəyişən Şahmar Aşurov meydana çıxdığı 9 matçda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ