AZ

"Fənərbaxça"nın futbolçusu "Beşiktaş"da qalacaq

"Beşiktaş" "Fənərbaxça"dan icarəyə götürdüyü Cengiz Ünderlə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, "qara qartallar" türkiyəli vingerin transfer hüquqlarına yiyələnib. Bu barədə yer mətbuat məlumat yayıb.

"Beşiktaş" Cengiz üçün "Fənərbaxça"ya 1,5 milyon avro təzminat ödəyəcək. 28 yaşlı futbolçu yaxın günlərdə "ağ-qaralar"la uzunmüddətli müqavilə imzalayacaq.

Qeyd edək ki, Cengiz Ünder mövsümün əvvəlindən "Beşiktaş"da çıxış edir. Türkiyə millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
27
1
sportal.az

2Mənbələr