AZ

Umud Mirzəyevə 7 milyon veriləcək – TENDER KEÇİRİLMƏYİB

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi xidmətlərinə 7 024 230 AZN sərf olunacaq.

 

Pravda.az-ın xəbərinə görə, bu işləri Beynəlxalq Avrasiya Mətbuat Fondu göstərəcək.

 

Sifarişçi isə “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” publik hüquqi şəxsidir.

 

Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Yəni, rəqabət təmin edilməyib, “Bir mənbə metodu” tətbiq olunub.

 

Fondun rəhbəri Umud Mirzəyevdir.

 

Cabir

Tarix: 6 Yanvar 2026, 19:28   
Seçilən
57
3
pravda.az

4Mənbələr