AZ

Məşhurların narkotik testinin nəticələri açıqlanıb! Bəzilərinin testi müsbət çıxdı

İstanbul Baş Prokurorluğunun tanınmış şəxsləri hədəf alan narkotik istintaqı davam edir.

Turkustan.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən tanınmış şəxsləri əhatə edən narkotik istintaqı çərçivəsində aparılan tibbi analizlərin nəticələri açıqlanıb. İstintaq zamanı aktrisalar Melisa Döngel və Ezgi Eyüboğlu, sosial media fenomeni Mümine Senna Yıldız, eləcə də saxlanılan Hürriyet qəzetinin köşə yazarı Cihan Şensözlüdən götürülən saç və qan nümunələrində kokain izlərinə rast gəlinib.

Digər tərəfdən, aktrisa İrem Sak və sosial mediada Danla Bilic adı ilə tanınan Damla Aktepedən götürülən nümunələrdə hər hansı narkotik maddə aşkar edilməyib.

Qeyd edək ki, İstanbul Baş Prokurorluğunun tanınmış şəxsləri hədəf alan narkotik istintaqı 8 oktyabr tarixindən etibarən çoxsaylı əməliyyatlar və dindirmələrlə davam edir. İstintaq çərçivəsində musiqiçilərdən, menecerlərdən, iş adamlarından və digər ictimai tanınmış şəxslərdən ifadələr alınıb. Şübhəlilərdən götürülən qan, saç, dırnaq və sidik nümunələri Məhkəmə Tibbi Ekspertizası İnstitutunda müayinə olunub.

Proses ərzində müxtəlif tarixlərdə paralel əməliyyatlar həyata keçirilib. 18 dekabrda Sarıyer, Eyüpsultan, Şişli, Üsküdar, Bakırköy və Esenyurtda yerləşən 7 ünvana edilən əməliyyatlar zamanı aktrisa İrem Sak, sosial media fenomenləri Danla Bilic və Mümine Senna Yıldız, eləcə də müğənni Aleyna Tilki saxlanılıb. Şübhəlilər ifadələri alındıqdan və tibbi nümunələr təqdim etdikdən sonra məhkəmə nəzarəti olmadan sərbəst buraxılıblar.

Aktrisa Melisa Döngel də ifadə verdikdən və nümunələr təqdim etdikdən sonra sərbəst buraxılanlar arasında yer alıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
69
3
turkustan.az

10Mənbələr