AZ

Nə qədər elektrik və ya qaz istehlak etməyimizdən asılı olmayaraq... AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Elektroenergetika haqqında" və 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minən yeni "Qaz təchizatı haqqında" qanunlara əsasən, istehlak səviyyəsindən asılı olmadan sabit xarakterli xərclərin istehlakçılar arasında balanslı şəkildə bölüşdürülməsi məqsədilə sabit tarif müəyyənləşdirilib.Tarif (qiymət) Şurası elektrik enerjisi üzrə aylıq sabit tarif əhali və 1 fazlı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə 1 manat, 3 fazlı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə 3 manat müəyyənləşdirib.Demokrat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, bu tariflərin tətbiqi birbaşa enerji qiymətlərinə təsir etmir, lakin ödədiyimiz ümumi məbləği artırır:“Yəni bundan sonra nə qədər elektrik və ya qaz istehlak etməyimizdən asılı olmayaraq, hesabın üzərinə əlavə olaraq 1 manat da daxil ediləcək. Bu yanaşmanı ev telefonu abunə haqqı ilə müqayisə etmək olar: istifadə edilsə də, edilməsə də, aylıq sabit ödəniş mövcuddur. Eyni mexanizm artıq qaz və elektrik enerjisi sahəsində də tətbiq olunur. Hazırda bu məbləğ 1 manatdır. Ancaq heç kim zəmanət verə bilməz ki, 2027-ci ildə bu rəqəm 3 və ya 5 manata yüksəlməyəcək. Artıq bu istiqamətdə müəyyən tendensiya formalaşıb. Ən vacib məqam isə odur ki, bu sahədə uzunmüddətli fiks olunmuş qiymət və tariflər yoxdur. Tarif Şurası istənilən vaxt bu ödənişləri artırmaq səlahiyyətinə malikdir və bu da istehlakçılar üçün əlavə maliyyə riski yaradır”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
demokrat.az

1Mənbələr