AZ

Kartinqə maraq artır: Əyləncə, yoxsa faciə?

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

“Kartinq əyləncə məqsədli fəaliyyət kimi təqdim olunsa da, əslində yüksək risk daşıyan mexaniki nəqliyyat vasitələrinin idarə edilməsini əhatə edir. Belə mərkəzlərdə sürücülük vəsiqəsinin və ya minimum idarəetmə bacarığını təsdiqləyən sənədin tələb olunmaması ciddi boşluqdur”. Bunu Demokrat.az-a açıqlamasında avtomobil üzrə ekspert Elgiz Mehdiyev bildirib.O deyib ki, xüsusilə sürətə nəzarət mexanizmlərinin zəif olduğu məkanlarda bu, ağır nəticələrə yol aça bilər:

“Birinci növbədə kartinq mərkəzləri üçün yaş məhdudiyyəti qanunvericilik səviyyəsində dəqiq müəyyən edilməlidir. 18 yaşdan aşağı şəxslər üçün ya ümumiyyətlə qadağa, ya da valideyn razılığı və xüsusi təhlükəsizlik rejimi tətbiq olunmalıdır. İkinci vacib məsələ sürücülərə yarışdan öncə qısa, lakin məcburi təhlükəsizlik təlimatının verilməsidir. Hər bir iştirakçının dəbilqə, boyun və sinə qoruyucuları ilə təmin olunması şərt olmalı, bu tələblərə əməl etməyən mərkəzlər məsuliyyət daşımalıdır. Kartinq maşınlarının texniki vəziyyəti mütəmadi yoxlanmalı, sürət məhdudlaşdırıcı sistemlər işlək vəziyyətdə saxlanılmalıdır. Bundan əlavə, traslarda təhlükəsizlik zonaları, yumşaldıcı baryerlər və təcili tibbi yardım imkanları mütləq olmalıdır. Bu sahə üzrə sertifikatlaşdırma və dövlət nəzarəti mexanizmi gücləndirilməlidir. Əks halda, əyləncə kimi görünən kartinq fəaliyyəti faciə ilə nəticələnməyə davam edə bilər”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
77
demokrat.az

1Mənbələr