Bu gün Tehrandakı etirazlardan sonra Məşhəd şəhərində də etiraz aksiyaları başlayıb. Sahibkarlar kütləvi şəkildə mərkəzə toplaşaraq etirazlarını nümayiş etdirirlər.
NOCOMMENT.az xəbər verir ki, məlumatlara görə, insanlar sosial və iqtisadi narazılıqlarını səsləndirir, şəhərin müxtəlif küçələrində yürüşlər təşkil edirlər.
Etirazlar Məşhəd şəhərində ictimai gərginliyin artmasına səbəb olub. Aksiyalara müdaxilə edən repressiv qüvvələr nümayişçilərə qarşı gözyaşardıcı qazlardan istifadə ediblər. Etirazların genişlənəcəyi ehtimalı yüksəkdir.