İngiltərə Premyer Liqasında çıxış edən "Bornmut" klubu yarımmüdafiəçisi Antuan Semenyonun satışı ilə bağlı "Mançester Siti" ilə razılaşıb.
Fanat.Az xəbər verir ki, qanalı futbolçunun 65 milyon funt-sterlinq qarşılığında "şəhərlilər"in heyətinə qatılması gözlənilir.
"Sky Sport"un məlumatına görə, Semenyounu əvəzləmək üçün "Bornmut" Almaniyanın "Ştutqart" klubundan Ceymi Levelinqi hədəf seçib və onun üçün 35 milyon funt-sterlinq ödəməyə hazırdır.
Lakin Almaniya təmsilçisi ingilislərin ilk rəsmi təklifini geri çevirib. Klublar arasında danışıqlar davam edir.