İrəvanın mərkəzində on minlərlə insan küçələrə çıxaraq Erməni Apostol Kilsəsinin rəhbəri, katolikos Qaregin II (Ktrıç Nersisyan)ın vəzifədən getməsini tələb edib. Etirazlar ölkə üçün misli görünməmiş hadisə kimi qiymətləndirilir.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, aksiyalara səbəb baş nazir Nikol Paşinyanın son açıqlaması olub. Paşinyan ictimai çıxışında katolikosun subaylıq andını pozduğunu, onun övladının olduğunu iddia edib. Bu bəyanat cəmiyyətdə ciddi rezonans doğurub və kütləvi narazılığa yol açıb.
Qeyd olunur ki, kilsə ilə dövlət arasında münasibətlərin bu səviyyədə açıq qarşıdurmaya keçməsi Ermənistan tarixində nadir haldır. Etirazçılar prosesin zorakılıqsız, dinc şəkildə başa çatdırılmasını və kilsə rəhbərliyində dəyişiklik aparılmasını tələb edirlər.