Qazaxıstanda Ukraynanın Xəzər Boru Kəməri Konsorsiumuna (CPC) zərbələr endirməsini bəyənən şəxslərə qarşı cinayət işi başlanıb.
İnterpress.az xəbər verir ki, Qazaxıstan Baş Prokurorluğu bəzi vətəndaşların CPC-nın infrastrukturuna zərbələri təqdir etməsi faktı ilə bağlı “milli nifaqın qızışdırılması” maddəsi üzrə araşdırmaya başlayıb.
Qurumdan bildirilib ki, hazırda həmin vətəndaşların müəyyən edilməsi və onların təqsirini təsdiqləyən sübutların toplanması istiqamətində tədbirlər görülür.
Xatırladaq ki, dekabrın 17-də hakim “Amanat” partiyasının deputatları Baş Prokurorluğa müraciət edərək, CPC-ya zərbələr endirməyə çağıran, eləcə də sosial şəbəkələrdə bu hücumları bəyənən vətəndaşların yoxlanılmasını və məsuliyyətə cəlb olunmasını tələb etmişdilər.
Xuraman Etibarlı
İnterpress.az