BAKI, 6 yanvar. TELEQRAF
Litva Ukraynaya 150-yə qədər əsgər göndərməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədəLitva Prezidentinin müşaviri Asta Skaisgiryte açıqlama verib:
"Sülh əldə edildikdən sonra Litva Ukraynaya silah və zəruri hərbi texnika ilə birlikdə 150-yə qədər əsgər göndərməyə hazırdır".
Onun sözlərinə görə, Litva Ukraynaya 15 ildən 30 ilə qədər müddətə mümkün olan ən uzunmüddətli təhlükəsizlik zəmanətlərinin verilməsini dəstəkləyir.
O, həmçinin xatırladıb ki, Vilnüs Ukraynanınümumi daxili məhsulunun 0,25%-i həcmində hərbi yardım göstərməyi öhdəsinə götürüb.
Yanvarın 6-da "Bloomberg" agentliyi Avropanın Ukraynanın təhlükəsizliyinə dair zəmanətlərlə bağlı müzakirələrə Rusiyanı cəlb etmək istədiyini açıqlayıb.