AZ

“Bu üç ölkənin adı təsadüfi deyil”

Xalqcebhesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Latın Amerikası ölkələri uzun müddət solyönlü siyasət yürüdüb və bu ideya bölgədə hələ də qalmaqdadır. Venesuela bu dövlətlərdən biridir”.

Bunu Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan XalqCəbhəsi.az-a açıqlaması zamanı deyib.

Politoloq vurğulayıb ki, Nikolas Madura prezidentliyi dövründə Venesuelanın xarici siyasəti keçmiş prezident Uqo Çavesin xəttini davam etdirib: “Çaves dövründə olduğu kimi, Madura da qərb blokuna daxil olan ölkələrin neft şirkətlərini milliləşdirərək Venesuelanın mövqeyini nümayiş etdirib və Çin, Rusiya, İranla əlaqələri gücləndirib.ABŞ prezidentlərinin bəyanatlarına görə, Venesuela regionda narkotik dövriyyəsində də iştirak edir. Bu səbəbdən Kuba və Kolumbiya da ABŞ-ın diqqətindədir. Kubada 1959-cu ildən bəri bir partiya hakimiyyətdədir və ölkədə sosial-iqtisadi model davamlıdır. Kolumbiya isə həm narkotik dövriyyəsi, həm də regional təhdid faktoru olaraq ABŞ-ın milli maraqlarına təsir göstərir.Meksika da mühacirət axınının qarşısını tam almamaqla ABŞ-ın sosial problemlərini artırır. Bu baxımdan, bu üç ölkənin ABŞ üçün strateji əhəmiyyəti böyükdür. Perspektivdə Donald Trump administrasiyası Latın Amerikası ölkələri ilə münasibətləri yaxşılaşdırmağa, onların təkliflərini dəyərləndirməyə çalışacaq. Əks halda, bu ölkələrdə siyasi, sosial və iqtisadi problemlər artacaq.ABŞ-ın milli təhlükəsizliyi qonşuluqda və yaxın ərazidə onun maraqlarına zidd olan dövlətlərin fəaliyyətindən asılıdır. Buna görə də, Latın Amerikası ölkələrində oxşar addımların atılması ehtimalı az olsa da, Vaşinqton diplomatik və strateji tədbirlərini davam etdirəcək”.

Günel Elxan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
icma.az

1Mənbələr