Qaynarinfo saytına istinadən ain.az xəbər verir.
Mətbəx, soyuducu və market avadnalıqları istehsalı ilə məşğul olan "Titan Group"a aid olan "Fayton LTD" Məhdud Məhsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə 1,5 milyon manata yaxın vergi borcu yaranıb.
Qaynarinfo-nun məlumatına görə, qanuni təmsilçisi Məmmədov Rahib Həbib oğlu olan "Fayton LTD" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1.457.025,35 AZN vergi borcu var.
Qeydiyyat ünvanı Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1a-da yerləşən "Fayton LTD" MMC-nin nizamnamə kapitalı 20 min manatdır.
Aydın
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.