AZ

PKK Suriyada iki can aldı

Suriyadakı inqilabdan bir il sonra, yeni hökumət dövründə təhlükəsizlik əsasən bərpa olunsa da, terror aktları hələ də zaman-zaman baş verir.

Suriya dövlət televiziya kanalı Əl-İxbariyyənin məlumatına görə, PKK/YPG terror təşkilatının Hələbin mərkəzindəki Meydan məhəlləsinə hücumu nəticəsində iki qadın həlak olub, bir uşaq isə yaralanıb.

Həmçinin bildirək ki, Hələbin Şeyx Məqsud məhəlləsindəki Suriya ordusunun mövqelərinə PKK/YPG terror təşkilatının günorta saatlarında pilotsuz təyyarə ilə hücumu nəticəsində 1 əsgər həyatını itirmişdi.

Hücumdan sonra Hələb şəhərini Leyremon qovşağından Azaz rayonuna birləşdirən yolun təhlükəsizlik səbəbi ilə nəqliyyatın hərəkətinə bağlandığı bildirilib.

Seçilən
57
aznews.az

1Mənbələr