AZ

Nestle” uşaq qidalarını təcili GERİ ÇAĞIRIR: Tərkibində təhlükəli toksin TAPILDI

“Nestle Rusiya” uşaq qidalarında aşkarlanan təhlükəli toksin səbəbindən məhdud sayda məhsul partiyasını könüllü olaraq geri çağırır.

İnterpress.az xəbər verir ki, İsveçrə şirkəti Rusiyada satışda olan bəzi quru tez həll olan süd və turş süd qarışıqlarını, eləcə də müalicəvi pəhriz qidası olan amin turşusu əsaslı quru qarışıqları satışdan çıxarır.

Bildirilir ki, bu addım kənar təchizatçıdan alınan xammalda (araxidon turşusu) “sereulid toksininin mövcudluğu ilə bağlı potensial riskin aşkar edilməsi” səbəbindən ehtiyat tədbiri kimi atılır.

Avstriya Səhiyyə Nazirliyi bəyan edib ki, geri çağırma prosesi “Nestle”nin 10-dan çox zavodunda istehsal olunan 800-dən çox məhsul adını əhatə edir.

Qeyd olunur ki, bu, şirkət tarixindəki ən böyük məhsul geri çağırmasıdır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
92
interpress.az

1Mənbələr