AZ

"Danışıqlar aparacağıq" - Yeni müqavilə ehtimalı barədə danışdı

“Bayern”in hücumçusu Harri Keyn Münhen klubu ilə yeni müqavilə imzalamaq ehtimalı barədə danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu hazırda bu haqda düşünmədiyini deyib:

“Bayern”lə yeni müqavilə? Bu, mümkündür.

Danışıqlar aparacağıq. Amma hazırda bu barədə düşünmürəm, fikrim qarşıdakı oyunlara yönəlib.

Müqavilənin uzadılması ehtimalı? Düşünürəm ki, bu, olduqca yüksəkdir”.

32 yaşlı forvard bu mövsüm Bundesliqada 15 oyunda meydana çıxıb, 19 qol vurub və 3 məhsuldar ötürmə edib.

Seçilən
17
sportinfo.az

1Mənbələr