Onun sözlərinə görə, davam edən iqtisadi problemlər fonunda İranda daxili vəziyyət həssas mərhələyə çatıb. Mövcud şəraitdə sosial narazılıqların süni şəkildə təşkil olunmuş üsyanlara çevrilməsi riski artmaqdadır. Aparılan təhlillər göstərir ki, ölkədə sabitliyi pozmaq cəhdlərinin arxasında iki beynəlxalq aktor - ABŞ və İsrail dayanır. Bu cəhdlər əhalinin real iqtisadi çətinliklərindən istifadə etməklə daha geniş təhlükəsizlik ssenariləri üçün zəmin hazırlamağa yönəlib.
Ekspertin diqqət çəkdiyi məqamlardan biri də ABŞ prezidenti Donald Trampın İranda iğtişaşlar yaratmağa çalışan şəxslərə açıq dəstəyi və İran hökumətinə ünvanladığı birbaşa hədələyici bəyanatlarıdır. Bayat qeyd edib ki, Tramp özünü "İran xalqının müdafiəçisi" kimi təqdim etməyə çalışsa da, onun İsraili dəstəkləməsi nəticəsində baş verdiyi deyilən 12 günlük müharibə zamanı mindən artıq İran vətəndaşı həlak olub.