AZ

“Spiegel”: Almaniyanın iqtisadi vəziyyətini kritikdir

ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

“Məhsuldarlıq çox aşağıdır, bürokratik və vergi xərcləri isə çox yüksəkdir"

Almaniya kansleri Fridrix Merz Almaniya iqtisadiyyatının kritik bir nöqtəyə çatdığına əmindir. AYNA.AZ xəbər verir ki, bu barədə “Spiegel” jurnalı kanslerin hökumət tərəfdaşlarına ünvanladığı məktuba istinadən məlumat yayıb.

Nəşrin əldə etdiyi məktubda gələn il üçün prioritetlər və məqsədlər qeyd olunub. Kansler miqrasiya siyasətindəki uğurları qeyd etməklə yanaşı, Almaniyadakı çətin iqtisadi vəziyyətə də toxunub.

"Merzin sözlərinə görə, Almaniya iqtisadiyyatının vəziyyəti kritik olaraq qalır: məhsuldarlıq çox aşağıdır, bürokratik və vergi xərcləri isə çox yüksəkdir", - deyə “Spiegel” məktubu ümumiləşdirib.

Buna görə də, 2026-cı ildə kansler hökumətin qarşısına ölkənin iqtisadi inkişafı üçün əlverişli şərait yaratmaq və Almaniyada artımı və iş yerlərini təmin etmək məqsədi qoyub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
ayna.az

1Mənbələr