AZ

Türkiyədə əcnəbinin mədəsindən yarım kiloya yaxın metamfetamin çıxıb

Bakı. Trend:

Türkiyədə Batman Respublika Baş Prokurorluğunun koordinasiyasıilə İl Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə Şöbəsininəməkdaşları tərəfindən aparılan tədbirlər çərçivəsində şəhərgirişində şəhərlərarası sərnişin avtobusu saxlanılaraq yoxlamaaparılıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, davranışları şübhəli hesab edilən xarici vətəndaşolan sərnişinin Batman Təhsil və Araşdırma Xəstəxanasında keçiriləntibbi müayinəsi zamanı mədəsində narkotik maddə olduğu müəyyənedilib.

Udmaq yolu ilə qəbul etdiyi müəyyən edilən 64 hissə şəklindəümumilikdə 472 qram metamfetamin təbii yollarla çıxarılıb.

Prosedurlar tamamlandıqdan sonra məhkəməyə təqdim edilən şübhəlibarəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Seçilən
62
az.trend.az

1Mənbələr