AZ

Nəsildən nəslə ötürülən sənət: Adil ustanın pinəçilik yolu

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

19 yaşında peşəkar şəkildə pinəçiliyə başlayan Adil usta artıq 30 ildir bu sahədə çalışır.

Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, bu peşə onun həyatına təsadüfən yox, ailə ənənəsi kimi daxil olub.

Atası 1974-cü ildən öz pinəçi dükanında fəaliyyət göstərib və o da uşaqlıq illərini bu dükanda keçirib. Dəri qoxusu və alət səsləri onda erkən yaşlardan bu peşəyə maraq yaradıb.

Onun dükanı təkcə sıradan müştərilərin deyil, sənət adamlarının da yolunun düşdüyü ünvan olub.

Vaxtilə Ələsgər Məmmədoğlu, Siyavuş Aslan, Yaşar Nuri kimi tanınmış sənətkarlar buranın müştərisi olublar.

Xalq artisti İlham Namiq Kamal isə bu gün də Adil ustanın daimi müştərilərindən biridir.

51 illik pinəçi dükanından fotoreportajı təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
52
oxu.az

1Mənbələr