AZ

Kişi ibadət edən arvadına bıçaqlı hücum etdi

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Abşeron rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin fevralın 16-da Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən evlərdən birində baş verib. Mingəçevir şəhər sakini, 1989-cu il təvəllüdlü Bəhram həmin gün saat 14:50-də ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı Esmira (adlar şərtidir – red.) mübahisə edib. Onların arasında mübahisənin yaranmasına səbəb isə Esmiranın namaz qılaraq ibadət etməsi olub. Bununla bağlı aralarında yaranmış fikir ayrılığı ilə əlaqədar irad bildirib. Bu zaman əsəblərini cilovlaya bilməyən Bəhram arvadının üzərinə hücum edib və ona qəsdən zərbələr vurub. Hadisəni törədən Bəhramın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Bəhram ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, arvadı Esmira ilə olan birgə nigahdan üç övladları doğulub: “Yaşadığım müddət ərzində bir neçə dəfə Esmira ilə aramızda anlaşılmazlıq olaraq mübahisə baş verib. Fevralın 16-da Gürcüstandan gəldim. Saat təxminən 4 rədələrində yaşadığım evə çatdım. Evə daxil olduqda, uşaqlar yatılı vəziyyətdə olub. Esmira isə evdə olmayıb. Mən də çox bərk əsəbləşdim. Səhər evdən çıxdım və günorta vaxtı evə qayıtdıqda Esmira ilə aramızda olanlarla bağlı mübahisə yarandı. Esmira dini ad altında dələduzluq və qanunsuzluqlarla məşğul olan şəxslərə qoşulub. Mən isə onu bu yoldan geri qaytarmaq istəmişəm. Bu zaman Esmira üzərimə qışqırdı. Mən də onun bu hərəkətindən əsəbiləşdim və üzərinə gedərək ayağım ilə sifət nahiyəsindən vurdum. Onun dişi sındı. Bundan sonra mübahisəmiz başa çatdı”. İş üzrə zərərçəkmiş Esmiranın sözlərinə görə, yaşadıqları müddət ərzində bir neçə dəfə Bəhramla aralarında anlaşılmazlıq olmaqla mübahisə yaranıb: “Mən əvvəl heç vaxtı onun barəsində polisə şikayət etməmişəm. Fevralın 16-da, saat təxminən 4 radələrində Bəhram evə gəldi. Bizim aramızda bu zaman pulla bağlı mübahisə yarandı. Bəhram məni vurduğu üçün küçəyə qaçdım. Təxminən bir saat sonra Bəhramın sakitləşdiyinə əmin olduqdan sonra geri qayıtdım. Günorta saatlarında yenə bizim aramızda pul və mənim dini görüşlərim ilə bağlı mübahisə yarandı. Mübahisə zamanı Bəhram mənə namaz qılmamağı bildirdi. Mən isə ona namaz qılacağımı dedim. Bununla bağlı Bəhram mənə irad tutaraq mübahisəyə davam etdi. Üzərimə gələrək məni döydü. Sonra isə mətbəx bıçağı ilə alın nahiyəmə vurdu. Həmin vaxtı aldığım zərbədən yerə doğru əyildim. Bu zaman Bəhram ayağı ilə ağız nahiyəmə təpiklə zərbə vuraraq dişimi sındırdı”. Abşeron Rayon Məhkəməsinin hökmü ilə Bəhram 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsin Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonunun hüdudlarından kənara çıxması, həmçinin hər gün saat 21:00-dan növbəti gün, saat 08:00-dək yaşadığı evi tərk etməsi qadağan olunub. Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb. Həmçinin müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməsi öhdəliyi üzərinə qoyulub. Cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi də tapşırılıb. Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
demokrat.az

1Mənbələr