Fransa "Renn"ində çıxış edən Jeremi Jake Avropanın transfer bazarında ən çox tələb olunan gənc oyunçulardan birinə çevrilib.
Fanat.Az xəbər verir ki, Londonun "Çelsi" klubu istedadlı müdafiəçini heyətinə qatmaq istəyir.
İngiltərə nəhəngi bu yöndə digər rəqiblərini qabaqlamaq üçün çevik tərpənməlidir.
"TEAMtalk"ın məlumatına görə, 21 yaşlı futbolçunu hazırda "Liverpul", "Arsenal", "Real Madrid" və "Mançester Yunayted" kimi nəhəng klublar da diqqətdə saxlayırlar.
Jake hazırda Avropada oyun tərəqqisi ən çox parlayan gənc müdafiəçilərdən biri hesab olunur.