AZ

FT: Sanksiyalar Telegram-ın planlarını pozub - Rusiyada 500 milyon dollar bloklanıb

Qərb sanksiyaları sosial şəbəkənin borc öhdəliklərinin idarə olunmasına və geri alınmasına maneələr yaradır...

Poliqon xəbər verir ki, Telegram sosial şəbəkəsi son illər ərzində bir neçə istiqraz buraxılışı həyata keçirib və bu çərçivədə, o cümlədən may ayında 1,7 milyard dollar həcmində istiqraz yerləşdirərək əvvəlki borc öhdəliklərini geri almağı hədəfləyib. Lakin The Financial Times nəşrinin yazdığına görə, bu planların icrası sanksiyalar səbəbindən ciddi çətinliklərlə üzləşib.

Məsələ ilə tanış mənbələrin bildirdiyinə görə, Telegram 2026-cı ildə ödəniş müddəti başa çatan istiqrazların böyük hissəsini artıq geri alıb. Bununla belə, qalan təxminən 500 milyon dollar dəyərində istiqrazlar Qərb sanksiyaları səbəbindən Rusiyanın Milli Hesablaşma Depozitarisində bloklanıb. Bu isə şirkətin borc yükünü tam şəkildə optimallaşdırmaq imkanlarını məhdudlaşdırır.

The Financial Times vurğulayır ki, yaranmış vəziyyət Telegram-ın hələ də müəyyən dərəcədə Rusiya kapitalının təsirinə məruz qaldığını göstərir. Sanksiyalar nəticəsində borcun xidmət edilməsi, eləcə də istiqrazların vaxtından əvvəl geri alınması prosesi xeyli mürəkkəbləşib.

Analitiklərin fikrincə, bu cür maliyyə məhdudiyyətləri Telegramın gələcək investisiya və inkişaf planlarına da təsir göstərə bilər. Şirkət beynəlxalq bazarlarda fəaliyyətini genişləndirməyə çalışsa da, sanksiya rejimi fonunda maliyyə əməliyyatlarının həyata keçirilməsi əlavə risklər və xərclər yaradır.

Poliqon.info

Seçilən
75
poliqon.info

1Mənbələr