AZ

Gürcüstandan departasiya edilən xarici vətəndaşlar arasında azərbaycanlılar da var

BAKI, 6 yanvar. TELEQRAF

Son bir ildə Gürcüstandan departasiya edilən xarici vətəndaşların ümumi sayı 1311 nəfər təşkil edib.

Teleqraf gürcü mediasına istinadən xəbər verir ki, Yeni ilin ilk günlərində isə Gürcüstandan 13 xarici vətəndaş deportasiya olunub.

Kompleks tədbirlər çərçivəsində qonşu dövlətdən departasiya edilənlər arasında Türkmənistan, İran, Kuba, Türkiyə, Tayland və Azərbaycan vətəndaşları var.

Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana girişi qadağan edilib. Belə ki, ölkədən qovulmuş əcnəbilərin iki ildən beş ilə qədər Gürcüstana girişi qadağandır. Bu qadağa könüllü olaraq ölkəni tərk edən əcnəbilərə şamil edilmir.

Seçilən
76
2
teleqraf.com

3Mənbələr