AZ

“Təhlükəsizlik inkişafın əsas şərtlərindən biridir” -Aydın Mirzəzadə

Prezident İlham Əliyev dünən yerli telekanallara verdiyi müsahibə zamanı qeyd edib ki, Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər.

Azərbaycanı turistlər üçün cəlb edən meyarlardan söz açan dövləti başçısı həmçinin qeyd edib ki, iki aydan sonra Şahdağda ilk dəfə xizəksürmə üzrə dünya çempionatı olacaq.

Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə vurğuladı ki, dövlət başçısı müsahibəsində bir çox məqamlara toxundu və ümumən Azərbaycanın həm dünəni, həm sabahı ilə bağlı maraqlı fikirlərini bildirdi:

"Əlbəttə ki, Azərbaycan bu gün dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Bu, təkcə paytaxta aid deyil, ümumən ölkəyə aiddir. Hesab edirəm ki, bu, bir tərəfdən hüquq-mühafizə orqanlarının yaxşı işləməsi, digər tərəfdən isə hər bir azərbaycanlının təhlükəsizlik məsələlərinə çox həssaslıqla yanaşması ilə bağlıdır. Təhlükəsizlik inkişafın əsas şərtlərindən biridir, Azərbaycan bunun nümunəsini göstərdi".

Millət vəkilinin sözlərinə görə, Şahdağda xizəksürmə üzrə dünya çempionatının keçirilməsi çox böyük bir hadisədir:

"Dünyanın diqqəti yenidən Azərbaycana yönələcək. Bu, Şahdağ kompleksinin daha da inkişaf etdirilməsi üçün bir motivasiya olacaq, turistlərin diqqətini Azərbaycana cəlb edəcək və inanıram ki, xizəksürmə üzrə keçirilən yarışlar bundan sonra ənənəvi bir tədbirə çevriləcəkdir".

Aytəkin TOFİQQIZI

 

Seçilən
98
1
redaktor.az

2Mənbələr