AZ

MKE müdafiə sənayesinin ehtiyac duyduğu ixtisaslı insan resursunun yetişdirilməsinə töhfə verir

Türkiyənin Makine ve Kimya Endüstrisi (MKE) şirkəti ilə İstanbul Texniki Universiteti (İTÜ) arasında imzalanmış əməkdaşlıq protokolu çərçivəsində doktorantura tələbələri üçün yeni bir addım atılıb.

MKE-dən “Poliqon”a verilən məlumata görə, bu istiqamətdə İTÜ-nün beş fərqli doktorantura proqramı üzrə əlavə yerlər ayrılıb və müraciət prosesi başladılıb.

Bu əməkdaşlıqla müdafiə sənayesinin ehtiyac duyduğu qabaqcıl mühəndislik sahələrində ixtisaslı insan resursunun yetişdirilməsi, universitet-müdafiə sənayesi əməkdaşlığının gücləndirilməsi və akademik bilik bazasının tətbiq yönümlü tədiqat-inkişaf fəaliyyətlərinə inteqrasiyası hədəflənir.

Proqrama qəbul olunan doktorantlar təhsil müddəti boyunca maliyyə dəstəyi ilə təmin ediləcək və MKE-nin texnologiya inkişafı və tədqiqat fəaliyyətləri ilə uyğun akademik işlər aparmaq imkanı qazanacaqlar. Bu çərçivədə tələbələrin müdafiə sənayesi yönümlü layihələrdə iştirak edərək həm elmi, həm də tətbiqi təcrübə əldə etmələri nəzərdə tutulur.

Əlavə yerlər ayrılan doktorantura proqramları:

Telekommunikasiya Mühəndisliyi

Elektronika Mühəndisliyi

Nəzarət və Avtomatlaşdırma (Kontrol və Otomasyon) Mühəndisliyi

Peyk Rabitəsi və Uzaqdan Zondlama

Gəmi və Dəniz Texnologiyaları Mühəndisliyi

Proqrama müraciət etmək istəyən namizədlər üçün ətraflı məlumat İstanbul Texniki Universitetinin rəsmi internet saytının elanlar bölməsində yerləşdirilib.

https://www.sis.itu.edu.tr/duyuru_ekler/lisansustu/202620/mke-protokolu.php

Son müraciət tarixi: 26.01.2026 – 17:00.

Seçilən
15
poliqon.az

1Mənbələr