AZ

“Mançester Yunayted”in müvəqqəti məşqçi postuna daha bir iddiaçı var

“Mançester Yunayted” klubunun sabiq baş məşqçisi Ule Qunnar Sulşerin komandaya qısa müddətlik qayıtmağa hazır olduğu bildirilir.

İdman.Biz xəbər verir ki, bu barədə insayder jurnalist Fabrizio Romano məlumat yayıb.

Mənbəyə görə, Sulşer altı aylıq müqavilə olsa belə, “Mançester Yunayted”ə qayıdaraq müvəqqəti baş məşqçi kimi kömək etməyə müsbət yanaşır.

Bildirilib ki, norveçli mütəxəssis kluba yenidən qayıtmaq və vəziyyəti stabilləşdirmək istədiyini rəhbərliyə çatdırıb.

Qeyd olunur ki, “Mançester Yunayted” rəhbərliyi artıq bu gündən etibarən qısamüddətli variantları dəyərləndirmək üçün daxili prosesə başlayıb. Klub yay aylarından etibarən isə yeni daimi baş məşqçinin təyin olunmasını planlaşdırır.

“Mançester Yunayted”in sabiq hücumçusu Rud van Nistelroy da klubda qısa müddətli məşqçilik işi ilə maraqlanır.

İdman.Biz
Seçilən
43
32
idman.biz

10Mənbələr