AZ

Yuxuya görə boşanma qadını bu qərarı verməyə nə vadar etdi?

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Britaniyada fəaliyyət göstərən Mumsnet forumunda bir qadının paylaşımı geniş müzakirələrə səbəb olub. Qadın həyat yoldaşı ilə eyni çarpayıda yatmağın artıq onun sağlamlığına və gündəlik təhlükəsizliyinə mənfi təsir göstərdiyini bildirib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ərinə qarşı güclü hissləri olmasına baxmayaraq, birgə yuxu qadın üçün ciddi fiziki və emosional tükənmə mənbəyinə çevrilib. Səbəb isə kişinin gecə davranışları və yuxu rejimidir.

Qadının sözlərinə görə, həyat yoldaşı gecələr xoruldayır, çiynindəki ağrılar səbəbindən tez-tez yerini dəyişir, yorğanı üzərinə çəkir və gecə ərzində bir neçə dəfə oyanaraq işığı yandırır. Bundan əlavə, kişi yatmazdan dərhal əvvəl qəhvə içir və səhər saat 5-ə bir neçə səsli zəngli saat qurur, onları davamlı olaraq təxirə salır.

Bu vəziyyət qadında xroniki yuxusuzluğa səbəb olub. O bildirib ki, artıq gündüz saatlarında diqqətini cəmləməkdə çətinlik çəkir və bu hal onun gündəlik fəaliyyətləri zamanı təhlükəsizlik riski yaradır.

Qadın etiraf edib ki, ayrı yatmaq təklifi verməkdən çəkinir. Onun fikrincə, bu, ərini incidə və ya münasibətlərin faktiki olaraq bitməsinə doğru bir addım kimi qəbul edilə bilər. Lakin o da vurğulayıb ki, elmi araşdırmalar davamlı yuxu pozuntularının həm fiziki, həm də psixoloji sağlamlıq üçün ciddi fəsadlara yol açdığını göstərir.

Forum istifadəçiləri isə qadına öz rifahını prioritet hesab etməyi tövsiyə ediblər. Bir çox iştirakçı ayrıca yataq otaqlarına keçməyin münasibətləri xilas etdiyini və emosional gərginliyi azaltdığını bildirib. Onların sözlərinə görə, sağlam yuxu ailə harmoniyasının əsas şərtlərindən biridir.

Müzakirələrdə həmçinin qeyd olunub ki, tərəfdaşın digərinin ehtiyaclarını nəzərə almaması, xüsusilə də yuxuya təsir edən vərdişləri dəyişmək istəməməsi, münasibətlərdə hörmət çatışmazlığının göstəricisi ola bilər. Kompromis variant kimi isə həftənin bir neçə gecəsini ayrı yatmaq təklif edilib ki, bu da yeni istirahət rejiminə keçidi daha yumşaq edə bilər.

Mütəxəssislər bildirirlər ki, sağlam yuxu təkcə şəxsi rahatlıq deyil, həm də gündəlik həyatın təhlükəsiz və məhsuldar davam etməsi üçün vacib amildir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
lent.az

1Mənbələr