AZ

Maduronun qaçırılması və “Karib dənizinin quldurları” filmi: Dövlət Baxçalıdan maraqlı müqayisə

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı bildirib ki, Venesuela prezidenti Nikolas Maduronun qaçırılması cəhdi beynəlxalq hüququn kobud şəkildə pozulması və “Karib dənizinin quldurları” filmindəki süjetə bənzər bir banditizm aktıdır: “Bu, bəlkə də misli görünməmiş banditizm, piratçılıq və adam oğurluğu hadisəsidir.

Əvvəllər yalnız televiziyada görünən “Karib dənizinin quldurları” ssenarisi bütün dünyanın gözü qarşısında canlanıb. Buradakı hadisə indi Karakasda baş verir”, – deyə Baxçalı Türkiyə parlamentində çıxış edərkən bildirib.
O, demokratik cəmiyyətdə cinayətkarın məhkəməsinin onun ölkəsində keçirilməli olduğunu vurğulayıb və ABŞ-ın Maduro və həyat yoldaşını yataqdan “çıxarmaq” hərəkətlərini qanunsuz adlandırıb.

Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Venesueladakı hadisələrlə bağlı narahatlıqlarını ABŞ prezidenti Donald Trampa çatdırdığını açıqlayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
138
editor.az

1Mənbələr