AZ

YAP Daşkəsən rayon təşkilatı üzrə ərazi partiya təşkilatında yığıncaq keçirildi

YAP Daşkəsən rayon təşkilatı üzrəTəhsil şöbəsi ərazi partiya təşkilatında yeni sədrin və sədr müavininin seçilməsi ilə bağlı yığıncaq keçirildi.

Yığıncaqda YAP Daşkəsən rayon təşkilatı Aparatının məsləhətçisi Sərdar Xıdırov iştirak etdi.

Sərdar Xıdırov, Ayxan Fərəcli, Kamil Abışov və başqaları çıxışlarında Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatında aparıcı qüvvəyə malik olmasından və Yeni Azərbaycan Partiyasının sədri, Ölkə Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədən geniş söhbət açdılar.     

“Yeni Azərbaycan Partiyasının yerli təşkilatları haqqında” Əsasnamənin 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq sadə səs çoxluğu ilə Ayxan Fərəcli ərazi partiya təşkilatının sədri, Fərid Cavadov isə sədr müavini seçildi.

Yekunda 2 nəfər gənc partiya sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət etdi.

Seçilən
30
1
yeniazerbaycan.com

2Mənbələr