Yaponiyanın Şimane prefekturasının şərqində 6,4 maqnitudalı zəlzələ baş verib.
Heftelik.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Şimane prefekturasında dörd, Tottori prefekturasında bir, qonşu Hiroşima prefekturasında iki, Okayama prefekturasında isə bir nəfər yaralanıb.