AZ

"Qarabağ" istədiyi oyunçunu gətirə bilmirsə, "Turan" neyləsin? - Ağasəlim Mircavadov

"Bu il Premyer Liqada komanda sayının artması, legioner limitinin ləğvi çempionatın səviyyəsinə çox təsir edib. Builki çempionat əvvəlkinə nisbətən daha yaxşıdır. Komandalar arasında mübarizə, sürət artıb. Yerli futbolçular oynamaq üçün xarici oyunçularla rəqabət aparır. Rəqabət olan yerdə inkişaf da olacaq".

Bunu apasport.az-a açıqlamasında Ağasəlim Mircavadov deyib. 

Təcrübəli mütəxəssis Premyer Liqa klublarının qış fasiləsinə qədər ki çıxışını dəyərləndirib: 

"Sabah"ın avqustda avrokuboklardakı çıxışı ilə indiki oyunu arasında xeyli fərq var. Həm oyunçu seçimində, həm də futbolçuların oyun sxeminə uyğunlaşmasında. Son oyunlarında komanda öz oyun sxeminə görə qələbə qazandı və hazırda birinci yerdədir. 

"Qarabağ" builki oyunu ilə çox fərqlənir. Xüsusilə, Çempionlar Liqasında güclü klublarla bərabər oynamaq, onlardan xal qazanmaq asan deyil. "Qarabağ" bunu bacardı. Komandanın Avropadakı çıxışı bu il həddindən artıq yaxşıdır. Amma hazırda oyunçuların səviyyəsi əvvəlki qədər deyil. Bəzi futbolçular komandadan ayrıldı. Komanda bir mexanizmdir. Hansısa parça olmayanda mexanizmin sürəti azalır. Bu, əsasən orta xətdə və hücumda təsir edir. İndiki halda orta xətdə gələn oyunçular yaxşıdırlar, keyfiyyətlidirlər. Amma hücumda "Qarabağ"a qol vuran forvard lazımdır. Komanda da axtarışdadır. Məlum məsələdir ki, istədiyin futbolçunu Azərbaycana gətirmək çox çətin məsələdir. Birinci səbəb çempionatın səviyyəsidir. İllərdir, "Qarabağ" avrokuboklarda çıxış edir buna rəğmən istədikləri bəzi futbolçuları komandaya gətirə bilmirlər". 

78 yaşlı mütəxəssis "İmişli"nin yeni komanda olmasına baxmayaraq elitada yaxşı çıxış etdiyini söyləyib: 

"İmişli" yeni yığılan komandadır. Gözəl oynadılar. "İmişli" öz yerində oynamır. Bunun özü çox əziyyətli prosesdir. Gediş-gəliş, məşq, meydança amili və s. Komandanın öz oyunu var və yaxşı oynayırlar. "Şamaxı" da aşağı büdcə ilə qurulan yaxşı komandadır. "Şamaxı" bəzi oyunlarda futbolçularının fərdi səhvlərinə görə məğlub oldular. Əks halda onların xal ehtiyatı indi daha çox ola bilərdi". 

O, "Turan Tovuz" kimi bölgə klublarının transfer etməkdə çətinlik çəkdiyini bildirib: 

"Sumqayıt"ın da öz oyun üslubu var. Yaxşı oynayırlar. Mübarizə aparırlar. "Turan Tovuz" da həmçinin. Kurban Berdiyev təcrübəli məşqçidir. Onun "Rubin"də də, Mahaçqalada da oyun üslubu bu cür idi. Bu oyunla o, uğur qazanır. Məlumdur ki, həmin üslubu "Turan"da da davam etdirir. Düzdür, yüksək keyfiyyətli oyunçuları yoxdur. Olanlar da komandadan ayrıldı. Aleks Souza da Yaponiya klubuna keçdi. Yaxşı hüçumçu idi. Əgər "Qarabağ" istədiyi oyunçunu gətirə bilmirsə, "Turan" neyləsin? Bölgə komandasıdır. Futbolçu transfer etmək yüksək maliyyə tələb edir. Bütün bunlara baxmayaraq, "Turan Tovuz" öz imicini qoruyub saxlayır. Mübarizə də aparacaq". 

Mircavadov "Neftçi"də tez-tez baş məşqçi dəyişikliyinin olmasının effektiv olmadığını vurğulayıb: 

"Tez-tez baş məşqçi dəyişikliyi olanda bu heç bir nəticə vermir. "Neftçi" də 6 aydan bir, ildə bir dəfə məşqçi dəyişir. Oyunçu səviyyəsinə gəldikdə orda yaxşı futbolçular var. Amma bu o demək deyil ki, yaxşı oyunçunu gətirdim, mən udacam. Futbolçunu transfer etməklə yanaşı bir sistem qurmaq lazımdır. Həmin oyunçular da o sistemlə oyanmalıdırlar. Bu da "Neftçi"də alınmadı. 

"Araz-Naxçıvan" çempionata çox yaxşı başladı. Qələbələr oldu. Amma sonra komanda daxilində nə baş verdisə, son oyunlarda çox istəksiz, sönük oynayırdılar. Onların da həm yerli, həm də legioner oyunçularının keyfiyyəti var. Onlarda da baş məşqçi dəyişikliyi oldu, xarici məşqçi gəldi. Çempionatda 12 komanda var, yeddisini xarici məşqçi çalışdırır. Təssüflər olsun ki, yerli məşqçilərə güvənmirlər". 

Mütəxəssis "Kəpəz" və "Karvan-Yevlax"ın çıxışını belə dəyərləndirib: 

"Kəpəz" və "Karvan" isə elitada qalmaq üçün mübarizə aparır. "Kəpəz" illərdir öz yerində oynamır. Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Həm də futbol şəhəridir. İnanıram ki, "Kəpəz" də "Karvan-Yevlax" da vəziyyətdən çıxa biləcəklər. 

Qış fasiləsindən sonra bizi maraqlı, gərgin oyunlar gözləyir. Düşünürəm ki, gərgin keçən oyunlar çempionatın səviyyəsini qaldırır. Həm oyunçuların, həm də məşqçilər korpusunun inkişafına səbəb olur".

"Sabah" özbəkistanlı futbolçunun transfer hüququna yiyələnib

"Turan Tovuz"un rəqibləri bəlli olub

Sulşer “Mançester Yunayted”ə qayıda bilər

Günün oyunları bu kanallarda

Türkiyəli mütəxəssis "Xankəndi" klubunun baş məşqçi vəzifəsindən ayrılıb

Seçilən
22
1
apasport.az

2Mənbələr