AZ

Hesablama Palatası: Sadələşdirilmiş vergi daxilolmalarının azalması Naxçıvanın büdcəsi üçün riskdir

Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsində sadələşdirilmiş vergi üzrə daxilolmalara dair proqnoz göstəricisinin azalmasını risk amili kimi qiymətləndirir.

FED.az xəbər verir ki, bu barədə Palatanın auditor rəyində qeyd olunub.

Auditor hesabatına əsasən, bu büdcə ili üçün sadələşdirilmiş vergi üzrə proqnoz 4,5 milyon manat müəyyən edilib ki, bu da 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə azdır. Azalmanın əsas səbəbi kimi notariat əməliyyatları üzrə mənzil satışlarının və bank hesablarından vəsaitlərin nağdlaşdırılması ilə bağlı vergi daxilolmalarının zəifləməsi göstərilir.

Hesabatda qeyd olunur ki, ötən ilin 9 ayının icra nəticələri sadələşdirilmiş vergi üzrə proqnozların tam yerinə yetirilmədiyini göstərib. Bu isə növbəti büdcə ilində həmin istiqamət üzrə kəsir riskinin yarana biləcəyini istisna etmir.

Hesablama Palatası sadələşdirilmiş vergi üzrə gəlirlərin proqnozlaşdırılması zamanı iqtisadi əsaslandırmaların gücləndirilməsini və risklərin daha dəqiq qiymətləndirilməsini zəruri hesab edir.

Seçilən
30
1
fed.az

2Mənbələr